“Ədəbiyyat səhnə arxasına nüfuz etməlidir”

 

İlqar Fəhmi: “Ədəbiyyat son dövrdə publisistika ilə eyniləşib. Yazarlar əsərlərdə daha çox hamının bildiyi məqamlara toxunurlar

 

Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə katibi İlqar Fəhmi ədəbiyyata şeirlə, qəzəllə gəlib. 2000-ci illərin əvvəllərindən ədəbi aləmdə tanınmağa başlayıb. Müxtəlif qəzet və jurnallarda şeirləri dərc edilən qələm sahibi tezliklə həm poeziya, həm də nəsr sahəsində uğurlu yaradıcılıq nümunələri ilə geniş oxucu kütləsinin diqqətini cəlb edib.

 

Mən ki öz şerimə bükdüm qəmi misra-misra,

Qəm də şerimlə gəzir aləmi misra-misra.

Dərdimi bildi təbibim mənə bir şer oxudu,

Sanki çəkdi yarama məlhəmi misra-misra

 

- deyən müəllifin misralarındakı sadəlik, axıcılıq eyni zamanda dərin düşüncə tələb edir. Bunu onun avtobioqrafik şeirlərində daha çox sezmək olur. Bu şeirləri oxuyanda sanki şairlə söhbət edir, onu tanıyır eyni hissləri yaşayırsan:

 

Ömür gedir dayanmadan, “dayandedim, dayanmadı,

Dayanmasan da, bir qədər yubandedim, yubanmadı...

 

Deyirlər, istedad toxuma bənzəyir. Onun boy atması, pöhrələnməsi üçün şərait, hərarət lazımdır. İlqar Fəhminin istedadının üzə çıxmasında, formalaşmasında vaxtilə qatıldığı ədəbi məclislərin mühüm rolu olub. Bu söz məclisləri onu bir çox sirlərdən agah etsə , özü daha çox axtarır, sözün, hikmətin sorağına düşür. Tədricən yaradıcılığı daha geniş janrlarda özünü büruzə verir. Yazıçının roman povestlərini, telepyselərini oxuyanda sanki çoxdandır ayrıldığın doğma məkana düşürsən buradakı mühit, personajlar adama doğma, tanış gəlir... Səndən nigaranampovesti, “Zümrüd parıltısı”, “Tut ağacıtelepyesləri bu sıradandır. İnsan xarakterləri gözlənilməz dönüşlər formasında özünü göstərir. Əsər içində əsər, hadisə içərisində hadisə var. Müəllifin əsərlərində ən müasir cərəyanlara meyllilik olsa da, daxilən həmişə şərqli olaraq qalmaqdadır.

Xalq yazıçısı Anar onun yaradıcılığını yüksək qiymətləndirir: “Ədəbiyyatımıza gəlişində o məni heyrətləndirmişdi. İlqar Fəhmi qəzəl kimi ənənəvi formaya yeni bir ruh verdi. Əlağa Vahid Süleyman Rüstəmdən sonra mən ədəbiyyatımızda Azərbaycan dilində bu qədər mükəmməl qəzəllər oxumamışam. O öz qəzəllərində müasir ruhu, çağdaş insanın duyğularını əks etdirməyə qadirdir”.

Xalq şairi Fikrət Qoca isə İ.Fəhminin kitablarından birinəön söz”undə belə yazır: “İlqarın 10 il bundan əvvəl təqdimata ehtiyacı var idisə, bu gün onun öz bacarığı istedadı ilə təqdimata ehtiyacı yoxdur. Ötən illəri yaddaşın süzgəcindən keçirəndə onun fəaliyyətinin necə inkişafda olduğunun şahidi oluruq”.

Filologiya elmləri doktoru Vaqif Yusifli İlqar Fəhmi yaradıcılığında əsrimizin ruhunun göründüyünü vurğulayır: “Bu əsərlər insanı düşünməyə vadar etsə , eyni zamanda keçmişə səyahətə dəvət edir. O, qədər müasirdirsə, bir o qədər tarixin gizli məqamlarını, sanki keçmişin ab-havasını canlandırır öz əsərlərində. Onun qəhrəmanları irreallıqdan çıxıb, çağdaş dövrümüz üçün reallaşır”.

Kinodramaturq kimi tanınan İ.Fəhmi maraqlı ssenariləri ilə son dövrlər Azərbaycan kino sahəsinə töhfə verməkdədir. 2010-cu ildəAktrisafilminin ssenari müəllifi kimi kinoya gəlib. Sonra onun ssenarisi əsasında kinorejissor, Xalq artisti Eldar QuliyevinDərvişin qeydlərifilmi ekranlara çıxdı. Ssenari müəllifi olduğuÖlüm növbəsi”, “Axırıncı dayanacaq”, “Qayıdış”, “Gecə qonağıfilmləri, “Bakı gecələrikinoalmanaxı da maraqla qarşılanıb.

2002-ci ildə rejissor, Xalq artisti Cənnət Səlimovanın səhnələşdirdiyiAxırıncı qatartamaşasından sonra İ.Fəhminin pyesləri ölkə teatrlarının səhnələrində tamaşaçılara təqdim edildi. Bugünlərdə Mingəçevir teatrında nümayiş olunan “Son reportajtamaşası bu qəbildəndir.

Yazıçının “XAN” nəşriyyatında çapa hazırlanan 14 cildliyindən “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?” “Bu gündən dünənəadlı ilk 4 kitabının bugünlərdə təqdimat mərasimi keçirildi.

Onu da əlavə edək ki, İlqar Fəhmi iki ildir Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə katibidir. İlk sualımız da bu barədə oldu.

- Bu müddətdə hansı layihələri reallaşdırmısınız?

- Əsas məqsədimiz AYB-nin bölgə filialları seksiyaların işini yaxşılaşdırmaq təkmilləşdirməkdir. Buna görə xüsusi layihələr həyata keçiririk. İstəmirəm kənardan belə görünsün ki, ədəbiyyat sahəsi yalnız Yazıçılar Birliyinin yerləşdiyi binada inkişaf edir. Bölgələrdə çətinliklər olsa da, çalışırıq ki, filiallarımız da aktivləşsin. Bundan əlavə, birliyin internet məkanında fəaliyyətinin genişləndirməsi bizim şöbənin üzərindədir. İlyarımdır ki, ayb.az saytı fəaliyyət göstərir. Həmçinin kitabxana, mətbuat, ədəbiyyat, arxiv, xaricdə yaşayıb-yaradan həmyerlilərimizin yazılarını təqdim edən saytlarımız fəaliyyətdədir. Yaxın vaxtlarda tərcümə mərkəzimizin saytı təqdim ediləcək. Vikipediya”da adı olmayan yazıçılarımız haqqında müxtəlif dillərdə məlumatlar yerləşdirmişik.

- Ədəbiyyatımızda tarixi hadisələri əks etdirən əsərlərə münasibətiniz necədir?

- Mənim fikrimcə, ədəbiyyat heç bütövlükdə müasir dövrün problemlərini əks etdirməli deyil. Ədəbiyyata aktuallığı ilə, müasir problemləri əks etdirməyi ilə qiymət verilmir. Çünki tarixi problem sabah həll olunub itə bilər. Ədəbiyyat isə əbədidir. Müasir dövrün problemlərini əks etdirən ədəbi nümunələr həddən artıq çoxdur. İstərdim ki, ədəbiyyatda bununla bərabər, insan hisslərini, əbədi fikir düşüncələri oxucuya çatdıran əsərlər yer alsın. Əfsus ki, son dövrdə naturalizm realizm bir az da ifrat çiy formada özünü göstərir. 20 Yanvar, Xocalı, Qarabağ hadisələri artıq müasir deyil, tarixi mövzu sayılır. Bu gün ədəbiyyatın publisistikaya çevrilməsi prosesi gedir. Bəlkə bu ədəbiyyatın son illərdə internetdən asılılığından irəli gəlir. Çünki ədəbi saytlar çox zaman aktual problemlərdən bəhs edən yazılar istəyirlər. Ya da insanlar həddən artıq sosiallaşıblar. Təbii ki, qlobal dünyadır. Cəmiyyətin həddən artıq siyasiləşməsi ədəbiyyatda da bu tendensiyanın güclənməsinə gətirib çıxarır. Bu qəbildən ədəbi nümunələr artır. Müasir ədəbiyyatı oxuyan zaman biz ətrafımızdakı konkret həyatı görürük. Düzdür, müəyyən cərəyanlar baxımından bu yaxşıdır. Amma ədəbiyyat insana gözlə görə biləcəyini deyil, görə bilmədiklərini göstərməlidir. Belə demək mümkünsə, ədəbiyyat səhnə arxasına nüfuz etməlidir. Ədəbiyyat son dövrdə publisistika ilə eyniləşib. Milli problemlərimizlə bağlı məsələlərdə belədir. Yazarlar son dövr hadisələrini əks etdirən əsərlərdə daha çox hamının bildiyi məqamlara toxunurlar. Problemin arxasında qalan məsələlər isə yenə oxucuya çatdırılmır. Bunu biz televerilişdə, sənədli filmdə görürüksə, ədəbiyyat bunun pərdə arxasını göstərməlidir. Çox az sayda belə əsərlərə rast gəlinir.

- Sizin ədəbiyyata gəldiyiniz dövrlə hazırkı zaman arasında kimi fərqlər var?

- Həmin dövrdə çətinlik var idi. O illərdə ədəbiyyatın perspektivi olmasa da, amma yazılan əsərlərin keyfiyyəti daha yüksək idi. Həmin yazarlar qrammatik üslub cəhətdən daha savadlı idilər. Dil, üslub daha dəqiq idi. İndi kim necə danışırsa, elə yazır. Heç bir meyar yoxdur. Hamı yazır heç bir qaydaya da riayət olunmur. Bunun sayəsində dilimiz korlanır. Bəs etməliyik? Yenidən senzura yaratsaq, azad cəmiyyətdən danışa bilmərik, sərbəst buraxılanda isə dilimiz bərbad günə salınır. Avropada bunu nəşriyyatlar tənzimləyir, bizdə isə bu yoxdur. Dil problemindən əlavə, ideya, bədii keyfiyyət aşağı səviyyədə olur. Bu gün keyfiyyətli əsərlər, düzgün Azərbaycan dilində yazılan əsərlər barmaqla sayılacaq qədərdir.

- 40 yaşınız ərəfəsində çoxcildliyinizdən 4 kitabı oxucuların ixtiyarına verdiniz. Sonrakı mərhələdə oxucuları hansı yeniliklər gözləyir?

- Hikmət sahibləri deyir ki, 40 yaş müdrikliyin astanasıdır. Bu yaşdan sonra insanın fikir düşüncələri, hiss duyğuları dəyişir. Bu kitablar da mənim 40 yaşımdan əvvəlki fikir düşüncələrimin məhsuludur. Bundan sonra olacaq, onu Allahdan başqa heç kim bilmir...

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 12.