İspan qəzetində azərbaycanlı publisistin təəssüratları

 

İspaniyanın nüfuzlu nəşrlərindən olan "El Mundo" qəzeti azərbaycanlı gənc publisist Kamal Bağırlının Madrid haqqında təəssüratlarını dərc edib.

Məqalədə deyilir ki, 35 yaşlı azərbaycanlı publisist Madridin keçmişindən bəhs edən fotoları taparaq, həmin yerləri müasir fotoları ilə sintez edir. Bu əsasən Madridin məşhur tarixi küçələrinin görüntüləridir. Eyni layihəni ilk dəfə doğma şəhəri Bakıda reallaşdıran K.Bağırlı bu dəfə Madriddən ilhamlanıb. O, bu işi gələcəkdə İspaniyanın digər şəhərlərində həyata keçirmək arzusundadır.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 12.