Tanınmış
yazıçının şəxsi fondu
yaradılıb
Nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Vidadi Babanlı yaradıcılığının bir hissəsini əks etdirən materialları Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edib. Sənədlər sırasında müəllifin əlyazmaları, tərcümələri, hekayələri, ona verilmiş kitablar və dövrünün tanınmış şəxsiyyətləri ilə çəkdirdiyi fotoşəkillər yer alıb. Arxivin əməkdaşları tərəfindən təqdim edilmiş 1347 sənədin siyahısı hazırlanıb və Vidadi Babanlının şəxsi fondu rəsmiləşdirilib.
Qeyd edək ki, bugünlərdə
86 yaşını tamamlayan V.Babanlı “Vicdan susanda”, “Ömürlük cəza”, “Ana
intiqamı”, “Müqəddəs ocaq” və
digər əsərləri ilə çoxsaylı oxucunun qəlbinə yol
tapıb. Əsərləri bır sıra xarici
dillərə tərcümə edilib.
Mədəniyyət.- 2016.- 13
yanvar.- S. 12.