“Ədəbi yuxular"

 

Şair-tərcüməçi Səlim Babullaoğlunun “Ədəbi yuxular” adlı kitabı “Vektor” nəşriyyatında çapdan çıxıb.

Müəllif bildirib ki, ənənəyə görə Şahmar Əkbərzadə adına beynəlxalq ədəbiyyat mükafatına layiq görülmüş şəxslərin kitabları “Vektor” nəşriyyatı tərəfindən nəşr olunur.

Sözügedən mükafatın laureatı olan S.Babullaoğlunun kitabında “Brodski niyə əsəbi idi?”, “Xaqani ilə Nizami yenə bir yerdəydilər...”, “Nazim Hikmət şeirindən vaz keçdimi?” və s. yazıları toplanıb. Kitabın redaktoru və “Ön söz” müəllifi Seyfəddin Hüseynlidir.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 10.