Dünya səyahətinə çıxan hollandiyalı səyyah ölkəmizin cənub bölgəsində

 

Hollandiyalı səyyah Bart Jan Van Rossum beş aydan çoxdur ki, piyada dünya səyahətinə çıxıb. O, Azərbaycana gəldiyi 20 gün müddətdə cənub bölgəsində də olub.

Dünya səyahətinə çıxmaq fikrinin onda bir müddət öncə Türkiyədə olduğu zaman yarandığını deyən əcnəbi turist, səyahətinə də İstanbuldan başlayıb.

Bart Jan Van Rossum ölkəmizdə olduğu müddətdə çoxlu bilgilər əldə etdiyini deyib: “Məncə, piyada səyahət etməklə ölkə haqqında daha çox məlumat toplamaq olur. Keçdiyim qəsəbələrdə və kəndlərdə insanlarla görüşürəm. Qonaqpərvərliyiniz haqqında çox eşitmişdim. Bu səyahət zamanı bunun əyani şahidi oldum”.

Hava şəraitinə uyğun olaraq ya çadırda, ya da hoteldə gecələdiyini vurğulayan Bart Jan Van Rossum səyahətinin hər ayının ona 700 avroya başa gədiyini bildirib.

Gün ərzində 30-40 kilometr məsafə qət edən hollandiyalı səyyah Azərbaycandan sonra İran və Türkmənistandan keçməklə, səyahətini Çində başa vurmaq niyyətindədir.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 8.