Dinara Əliyeva İsrail
səhnəsində
Azərbaycanlı vokalçı Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edib
Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva yanvarın 12-də İsrailin “Tel Aviv Performing Arts Center” məkanında Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edəcək. Operanın növbəti tamaşası yanvarın 15-də keçiriləcək.
Dinara Əliyevanın saytında yer alan məlumata görə, o, operada Leonora rolunu ifa edib.
Dinara Əliyeva
2009-cu ildən Rusiyada
Böyük Teatrın
solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya,
Monte-Karlo, ABŞ, Yaponiyanın
opera teatrı səhnələrində
və konsert zallarında çıxış
edib. 2010-cu ildə
Bakıda məşhur
tenor Plasido Dominqo ilə birgə konserti olub. C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə
Fransanın Kolmar və
Çexiyanın Praqa
şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada
Dinara Əliyevanın
“Opera Art” beynəlxalq musiqi
festivalı keçirilib.
Dinara Əliyeva
konsertlərdə müxtəlif
janrlarda, rus və Azərbaycan xalq mahnılarından,
opera və operettalardakı
ariyalardan romans və cazadək müxtəlif əsərləri
ifa edir.
Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 8.