Rusiyadan Azərbaycana infotur

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olanTour A Vent” şirkətinin və “Silk Way Travelturizm şirkətinin təşkilatçılığı ilə yanvarın 11-də Rusiyanın 10 turizm şirkətinin təmsilçilərinin ölkəmizə infoturu başlayıb. İnfotura Azərbaycan tərəfindən bir sıra beşulduzlu brend mehmanxanalar və şirkətlər də dəstək verib.

Yanvarın 15-dək davam edəcək tur zamanı Bakı şəhərində bir neçə tarix və mədəniyyət abidələri və turizm nümayiş obyektləri ilə tanışlıq, Qusar rayonŞahdağTurizm Mərkəzinə səfər nəzərdə tutulub. Qonaqlar mərkəzin fəaliyyəti və göstərilən xidmətlərlə yaxından tanış olacaqlar.

İnfoturla Azərbaycanda ilkregionda ən böyük dağ-xizək kompleksinin əhəmiyyəti, öz miqyasına, valehedici mənzərəsinə, ən müasir infrastrukturuna və yüksək dərəcəli xidmət səviyyəsinə görə dünyanın aparıcı dağ-xizək mərkəzləri ilə rəqabət apara biləcəyi diqqətə çatdırılacaq.

Qeyd edək ki, turizm mərkəzinin tanıdılması istiqamətində mütəmadi olaraq Rusiya, Ukrayna, Belarus, Türkiyə və Qazaxıstandan olan turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur, inforturlar təşkil edilir.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 6.