Balacaların sevimli məkanında yeni tamaşalar
Azərbaycan Dövlət Kukla Teatrında bu il səhnələşdiriləcək əsərlər müəyyən olunub. İl ərzində hər rübə biri olmaqla dörd yeni tamaşanın hazırlanması nəzərdə tutulur.
İlk olaraq balacaların sevimli məkanında böyüklər üçün tamaşa təqdim olunacaq. Belə ki, teatrın baş rejissoru Qurban Məsimovun quruluş müəllifi olduğu “Melodiya” adlı tamaşanın məşqlərinə artıq start verilib. Ailə-məişət mövzusundakı sözsüz, musiqi və hərəkət üzərində qurulan tamaşa yanvarın sonunda təqdim olunacaq.
Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının təqdimatında “Oyaq şahzadə” adlı nağıl-tamaşa da ilin birinci rübündə nümayiş etdiriləcək.
Bir sıra Avropa xalqlarının folklorunda yer alan “Gözəl və bədheybət” nağılının tamaşasına teatrın gənc rejissoru Anar Məmmədov quruluş verəcək.
Balacaların sevimli nağıllarının müəllifi, fransız Şarl Perronun əsərlərinə repertuarında yer verən teatr bu dəfə onun “Qırmızıpapaq” əsərinə müraciət edib. Klassik nağıl nümunəsini teatrın baş rejissoru Qurban Məsimov səhnələşdirəcək.
İlin son
rübündə isə “Ziyankar dovşan” rus xalq nağılının tamaşasına Moskvadan dəvət olunacaq
tanınmış rejissor Stanislav
Jelezkinin quruluş
verməsi nəzərdə tutulub.
Mədəniyyət.- 2016.- 13
yanvar.- S. 5.