Koroğlu” operasının Mersin premyerası

 

Üzeyir bəyin ölməz əsəri yenidən türk dünyası sənətçilərinin təqdimatında

 

Müsəlman Şərqinin və türk sənət dünyasının ilk opera əsəri, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Koroğlusu yeni bir heyətlə Türkiyədə tamaşaçıların görüşünə gələcək. Yanvarın 9-da Türkiyənin Mersin şəhərində “Koroğlu” operasının premyerası keçiriləcək.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət OperaBalet Baş İdarəsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, eləcə də səfirliyin və Mersin Dövlət OperaBalet Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilən layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin məşhur opera ifaçıları yer alacaqlar. Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadənin quruluş verdiyi əsər türk dünyası sənətçilərinin birgə səyləri ilə ərsəyə gəlib.

Qeyd edək ki, TÜRKSOY-un təşkilatçılığı ilə 4 ölkədə 250 nəfərdən ibarət heyətlə səhnələşdirilən “Koroğlu” operası digər sənət məziyyətləri ilə yanaşı, zəngin dekorasiyası ilə də tamaşaçıların rəğbətini qazanıb. Əflatun Nemətzadənin rejissoru olduğu tamaşanın dekorasiyası Savaş Camgözə, xoreoqrafiyası Mehmet Balkana aiddir. Orkestr dirijorluğunu Azərbaycanın Xalq artisti, professor Rauf Abdullayev, xor dirijorluğunuŞabitQazax Dövlət Sənət Universitetindən Gülmira Kuttibadamova edib.

Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə növbəti dəfə səhnəyə qoyulan opera türk dünyasının sənətçilərinin birgə təqdimatında tamaşaçıları bir daha heyran edəcək.

Koroğlu rolunda Qırğız Milli Akademik OperaBalet Teatrının sənətçisi Sadırbek Jumaşov, Nigar rolunda isə Astana OperaBalet Teatrından Jupar Gabdullina səhnəyə çıxacaq. Opera 12 və 15 yanvar tarixində də Mersin tamaşaçılarına təqdim ediləcək.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 6.