Günəş Avropa musiqi səmasında
parlayacaq
Azərbaycanlı
müğənni məşhur musiqi brendi ilə əməkdaşlığa
başlayıb
Həmvətənimiz, Belarusun
populyar müğənnisi Günəş
İsveçin tanınmış musiqi şirkəti ilə əməkdaşlıq
etməyə başlayıb. Müğənninin “Sweden Songs
Music Publishing” leybli altında
buraxılan ilk kompozisiyası
internetdə təqdim
olunub.
İsveçin məşhur musiqiçiləri
Niklas Söström və Kristian Lovenborq Volström Günəş üçün
“Qəlbi sınmış
qadın” (“Heartbroken woman”) mahnısını
yazıblar. İfaçının
sözlərinə görə,
“Sweden Songs”, o cümlədən şirkətin təsisçisi
olan Kit Almqren ona “Eurovision-2016” mahnı müsabiqəsinin milli seçim turunda kompozisiya təqdimi barədə təklif edib, lakin Günəş
seçim turunda iştirak etməməyi qərara alıb. “Belteleradio” şirkətinin
dəvətinə əsasən
müğənni münsiflər
heyətinə salınıb
və yanvarın 22-də
seçim turunun finalında “Qəlbi sınmış qadın”
mahnısını qonaq
kimi ifa edəcək. Bu, bir növ kompozisiyanın
geniş auditoriya üçün təqdimatı
olacaq.
Günəşin “Sweden Songs” ilə əməkdaşlığı
2015-ci ildə başlayıb
və müğənninin
“Eurovision” milli seçim
turlarında uğurlu
çıxışından qaynaqlanıb. Bu barədə həmvətənimiz deyib:
“Qəribə olsa da, mən “Eurovision” yarışmasına bir dəfə olsun belə getməyərək,
ondan yaradıcılıq
baxımından böyük
fayda əldə etmişəm. Xarici müəlliflərdən onların kompozisiyalarını
seçim turunda ifa etməyim barədə çoxlu təkliflər alıram.
Hər il Azərbaycan, İspaniya, İrlandiya və İsveçdən
mənə mahnılar
göndərilir”.
Mahnı
haqqında fikirlərini
bölüşən müğənni
deyib: “Mənim emosional durumum kompozisiyada təqdim edilən obraz və mətnə uyğun gəlmir. Gözəl bir oğlum dünyaya gəlib. Lakin mahnı mənim o dərəcədə xoşuma
gəldi ki, mən bu rolu
oynamağı və hər bir qadının
həyatında heç
olmasa bircə dəfə yaşadığı
hiss və emosiyaları
çatdırmağı qərara
aldım. Cavabsız məhəbbət,
ayrılıq acısı,
həyəcan və iztirablar - bütün bunlar bizi sonda
güclü edir və həyat yollarında biz daha inamla addımlayırıq”.
Kompozisiya Avropada müsbət qarşılanıb. Müğənni ümid edir
ki, mahnı Belarus dinləyicilərinin də
xoşuna gələcək.
Günəş və İsveçin
musiqi şirkəti yeni kompozisiyalar üzərində əməkdaşlığı
davam etdirməyi planlaşdırır.
Müğənni 2016-cı ilin yaradıcılıq baxımından zəngin olacağını gözləyir. Artıq bu
ay müğənninin onillik
yaradıcılıq fəaliyyətinə
həsr olunan qastrol turu başlanır.
Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 16.