Qan yaddaşımız təsviri sənətdə
Naxçıvanda tələbə və müəllimlərin 20 Yanvara həsr olunmuş sərgisi
Naxçıvan Dövlət Universitetində (NDU) 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “Qan yaddaşımız 20 Yanvar tələbələrin gözü ilə” adlı rəsm sərgisi keçirilib.
Açılış mərasimində ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışıb.
Təsviri-incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev sərgidə Qanlı Yanvar hadisələri ilə bağlı tələbə rəssamların və onların müəllimlərinin 25-dən artıq rəsm əsərlərinin nümayiş etdirildiyini qeyd edib.
Sonra tədbir
iştirakçıları sərgiyə baxıblar. Universitetin
müəllimlərindən Ləman Məmmədovanın “Azərbaycan
göz bəbəyim”, tələbələrdən
Fəridə Əhmədovanın “Kompozisiya”,
“Əriyən şamlar”, Çimnaz
Gözəlovanın “Şəhid anası", Tünzalə
Orucovanın “Şəhid”, Araz Yusifovun “Soyqırımı”, Turanə
Hüseynovanın “Alov bina”
və digər əsərlər maraqla
qarşılanıb.
Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 15.