Azərbaycan folklorunda şaman-qəhrəman arxetipi

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun şöbə müdiri Seyfəddin RzasoyunAzərbaycan folklorunda şaman-qəhrəman arxetipikitabı nəşr olunub.

İnstitutdan bildiriblər ki, kitabda Azərbaycan-oğuz-türk etnokosmik düşüncəsinin əsas struktur modellərindən olan şaman-qəhrəman arxetipiƏsli KərəmKitabi-Dədə Qorquddastanının ikinci boyu əsasında (Qazan-Uruz-Kərəm paradiqmaları) bərpa olunub. Tədqiqatda əldə olunan nəzəri-metodoloji təcrübə oğuz-türk mifologiyasının Azərbaycan folklor materiyası əsasında bərpası üçün geniş imkanlar yaradır.

Kitabın ekspert-rəyçisi professor Ramazan Qafarlı, elmi redaktorları filologiya üzrə fəlsəfə doktorlar Hikmət Quliyev, Səfa Qarayev, rəyçiləri dosent Şakir Albalıyev və filologiya üzrə fəlsəfə doktoru Emin Ağayevdir.

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 12.