Əməkdar jurnalistin 90 illik yubileyi
Salyanda Azərbaycanda ilk dəfə Əməkdar jurnalist fəxri adını alan 4 nəfərdən biri, rayonun "Qələbə" qəzetinə 27 il redaktorluq etmiş Mahmud Ağalarovun 90 illik yubileyi keçirilib. Rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin, qonşu bölgələrdən və Bakıdan gəlmiş qonaqların da iştirak etdiyi tədbirdə mətbuat xadiminin həyat və fəaliyyətindən söz açılıb.
Bildirilib ki, Mahmud Ağalarov 1924-cü ildə Salyan şəhərində anadan olub. 1940-cı ildə rayonda çıxan "Sosializm yolu" qəzetində məsul katib kimi əmək fəaliyyətinə başlayıb, 1953-56-cı illərdə "Kommunist" qəzetində müxbir işləyib. Mahmud Ağalarov 1961-65-ci illərdə Qazax rayonunun "Qalibiyyət bayrağı", Qubanın "Şəfəq" qəzetlərinin redaktoru olub. 1965-ci ildən 1992-ci ilədək isə doğma rayonunda "Qələbə" qəzetinə redaktorluq edib.
Sonda Mahmud
Ağalarovun oğlu, keçmiş SSRİ-nin idman ustası, respublikanın Əməkdar məşqçisi
Ağasadıq Ağalarov yubileyin
təşkilatçılarına ailələri adından öz minnətdarlığını bildirib.
Mədəniyyət.- 2016.- 15
yanvar.- S. 11.