Lənkəran
teatrında “Qanlı Yanvar” tamaşası
nümayiş etdirilib
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-publisist Ağaddin Babayevin 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr olunmuş “Qanlı Yanvar” əsərinin tamaşası nümayiş etdirilib. 26 il öncə Bakıda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artisti Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev və Zemfira Nəcəfova, Aynur Əhmədova, Əlibala Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Emin Fərzullayev, Gülər Kərimova, Şəbnəm Hüseynova və başqaları oynayır.
Tamaşa rayonun
ümumtəhsil məktəblərinin müəllim və
yuxarı sinif şagirdləri tərəfindən
maraqla izlənilib.
Mədəniyyət.- 2016.- 15
yanvar.- S. 11.