İtaliyanın regionları ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

 

Azərbaycanın İtaliyanın SiciliyaKalabriya regionlarındakı fəxri konsulu Domeniko Koko Palermo şəhərinin meri Leoluka Orlando, şəhərin iqtisadi inkişaf və məşğulluq üzrə müvəkkili Covanna Maranomerin beynəlxalq əlaqələr üzrə nümayəndəsi Donatella Qariffo ilə görüşüb. Söhbət zamanı Azərbaycan-İtaliya əlaqələrinin hazırkı vəziyyəti, ölkəmiz ilə Siciliya regionu arasında mədəniyyət, turizm, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi diqqət mərkəzində olub.

Görüşdə Palermo şəhərinin rəsmilərinin, adamlarının daxil olduğu nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, bu görüş Azərbaycanın bölgələri ilə Siciliya arasında əməkdaşlığın güclənməsinə töhfəsini verəcək.

 

Mədəniyyət.- 2016.- 16 yanvar.- S. 8.