Musiqi məktəbinin şagirdləri İspaniyada diploma layiq görülüb

 

İspaniyanın Lloret De Mar şəhərində “Gran Fiesta” festivalı keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin şəbəkəsinə daxil olan Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləri təmsil edib.

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsindən bildirilib ki, müsabiqənin nəticələrinə görə musiqi məktəbinin şagirdləri Cəmil Sadıqzadə, Jalə Mailova, Nəzrin Nəzirli I dərəcəli, Xədicə Abdullayeva Zəminə Kərimova isə II dərəcəli diploma layiq görülüb.

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 6.