20 Yanvarın ildönümü ilə bağlı musiqi axşamı

 

Yanvarın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı opera studiyası solistlərinin, xororkestrinin iştirakı ilə konsert keçiriləcək.

Konsertdə opera studiyasının simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Fəxrəddin Kərimov, baş xormeyster, Xalq artisti, professor Gülbacı İmanova, əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Anton Ferştandt, eləcə də Adil Axundov, Aytac Şıxəlizadə, Taleh Yəhyayev, Yuliya Heydərova, Rauf Babayev, Aynur İskəndərli, Firuz Məmmədov, Yelena Sarafanova və başqaları iştirak edəcəklər.

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 6.