Rəqqaslar Gəncəyə yığışırlar

 

“Kəpəz kubokuuğrunda yarışma dörd kateqoriya üzrə keçiriləcək

 

Artıq bir neçə ildir ki, Azərbaycan Gənclər İttifaqı və qurumun nəzdindəki Azərbaycan Rəqs Assosiasiyası müxtəlif rəqs növləri üzrə tədbirlər, yarışmalar keçirirlər.

 

Bu ilin ilk yarışı isə Gəncədə baş tutacaq. İttifaqın sədr müavini Əziz Əzizovun sözlərinə görə, dörd ilə yaxın müddətdə bir neçə çempionatkubok yarışları keçirilib: “Bakıda keçirilən yarışlara 3-4 min iştirakçı qatılıb. Bu dəfə Gəncə şəhərini ona görə seçdik ki, həm fəaliyyət çevrəmiz genişlənsin, həm də Bakıya gəlməkdə çətinlik çəkən kollektivlər, bölgələrdəki rəqs kollektivləri də bizim tədbirlərə rahatlıqla qoşulsunlar”.

Tədbir iki gün davam edəcək. Yanvarın 30-da Məhsəti Gəncəvi adına klubda yerli rəqs kollektivlərinin rəhbərləri, məşqçilər üçün ustad dərsləri keçiriləcək. Gənclərin, uşaqların çox maraq göstərdikləri folk, etno, hip-hopr, breyk-dans kimi rəqs növləri barədə məlumat veriləcək. Ertəsi gün isə müxtəlif kollektivlər fərqli nominasiyalar yaş qrupları üzrə yarışacaqlar.

Həmsöhbətim deyir ki, Gəncədə təxminən min nəfər səhnəyə çıxacaq. Artıq Ağstafa, Qazax Gəncədən bir neçə kollektiv iştirak etmək üçün müraciət edib. Qeydiyyat yanvarın 20-dək davam edəcək. Gəncənin «Kəpəz» telekanalı da tədbirin anonslarını yayımlamağa başlayıb. Bakıdan da bir neçə kollektiv - «İncilər», «Zirvə» «CƏM» yarışmaya qatılmaq istədiyini bildirib.

Kəpəz kubokuuğrunda yarış dörd kateqoriya üzrə keçiriləcək: bebi-şou (7 yaşınadək), uşaqlar (7-10), yeniyetmələr (11-15) böyüklər (16-32). Onlar da solo, duet, qrup (3-7 nəfər) ansambl (8-24 nəfər) olaraq yarışacaqlar.

İştirakçıların çıxışlarını Rima Məmmədova, Tahir Eynullayev, Veronika Talıbova kimi tanınmış xoreoqrafların yer aldığı münsiflər heyəti qiymətləndirəcək.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 6.