“Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə “Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır.
Bununla bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində dərsliyi hazırlayan müəlliflərlə toplantı keçirilib. Toplantıda dərsliyin istiqamətləri müəyyənləşdirilib və müəlliflərlə yazacaqları bölmələrə dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, hazırda dünyanın 11 universitetində
“Azərbaycan multikulturalizmi”
fənni tədris edilir. Bu dərsliyə ehtiyac var və
ona olan ehtiyac təkcə Azərbaycan multikulturalizminin
təbliği ilə deyil, eyni zamanda,
dünyada, xüsusən
də Avropa ölkələrində olan
multikultural ənənələrin
müqayisəli şəkildə
öyrənilməsi ilə
bağlıdır.
Dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
layihəsi çərçivəsində
ölkəmizin və
dünyanın universitetlərində
Azərbaycan multikulturalizmi
fənnini tədris edən müəllimlər
üçün nəzərdə
tutulur.
Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 4.