Milli KitabxanadaRumın poeziyası günü

 

Mədəniyyət Turizm Nazirliyi, M.F.Axundzadə adına Milli Kitabxana Rumıniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə yanvarın 15-də Rumıniya mədəniyyəti günləri çərçivəsində kitabxanadaRumın poeziyası günükeçiriləcək. Qeyd edək ki, bu barədə razılıq bu günlərdə Azərbaycan Milli Kitabxanasında Rumıniya səfiri Daniel Kristian Çiobanu ilə görüşdə əldə olunub. Daniel Kristian Çiobanu iki ölkə arasında sıx dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb, Rumıniya tərəfin mədəni əməkdaşlığa da xüsusi önəm verdiyini bildirib.

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 3.