Azərbaycanlı
fotoqrafın Türkiyədə sərgisi
Türkiyənin Didim bölgəsinin (Aydın vilayətinin turistik rayonu) Ticarət Palatasının Mədəniyyət Mərkəzində Didim Xalq Oyunları “G.S.K” dərnəyinin təşkilatçılığı ilə gənc, istedadlı fotoqraf Nurlan Tahirlinin “Yol ayrıcında” sərgisinin təqdimat mərasimi keçirilib.
İlk dəfə 2015-ci ildə Bakıda keçirilən eyniadlı sərginin davamı olaraq keçirilən bu sərgidə kolleksiyaya yeni foto nümunələri əlavə olunub. Tədbirdə çıxış edənlər gənc fotorəssama uğurlar arzulayıblar.
N.Tahirli Azərbaycan
Dövlət İqtisad Universitetinin,
Türkiyənin Sakarya Dövlət Universitetinin marketinq
ixtisası üzrə magistraturasını bitirib.
Türkiyədə birillik fotoqrafiya
kursunda təhsil alıb. 2012-ci ildən
beynəlxalq sərgilərdə iştirak
edir. Azərbaycan Fotoqraflar
Birliyinin üzvüdür.
Mədəniyyət.- 2016.- 15
yanvar.- S. 2.