Polşada Avropa
Oyunları haqqında fotoalbom çapdan çıxıb
Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitskinin təşəbbüsü ilə “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edilmiş fotoalbom nəşr olunub. Azərbaycanın Varşavadakı səfirliyindən bildiriblər ki, Polşa Olimpiya Komitəsində təşkil olunan tədbirdə nəşrin təqdimatı keçirilib.
Albomda Avropa Oyunlarının təntənəli
açılış və bağlanış mərasimlərini,
yüksək standartlara cavab
verən idman obyektlərini, İçərişəhəri,
Qız qalasını, “Alov qüllələri”ni,
Bakının küçələrini, Azərbaycan
xalçalarını əks etdirən fotolar
yer alıb. İlk Avropa Oyunları ilə bağlı bir çox məqamları,
Oyunlara hazırlığı,
polşalı idmançıların nailiyyətlərini və
Bakı şəhərinin füsunkarlığını əks
etdirən yüzlərlə fotoşəkil də verilib, hər fotoya dair şərh qeyd olunub.
Mədəniyyət.- 2016.- 15
yanvar.- S. 2.