Azərbaycanlı
alim “Türk
dünyasına xidmət” mükafatı ilə təltif edilib
Azərbaycanlı professor Babək Qurbanov Türkiyənin “Valeh Hacılar” Beynəlxalq Elm və Mədəniyyət Araşdırmaları Fondu tərəfindən “Türk dünyasına xidmət” mükafatı ilə təltif edilib.
Fondun rəhbəri, professor Cengiz Alyılmaz B.Qurbanovun Azərbaycanın elm və mədəniyyət xadimlərinin Türkiyədə, türk mədəniyyətini təmsil edən şəxslərin isə Azərbaycanda tanınması istiqamətində fəaliyyətini xüsusi qeyd edib. Alim uzun illərdir ki, Türkiyə universitetlərində fəlsəfə, sənət fəlsəfəsi, estetika, etika, kulturologiya, musiqi estetikası, musiqi nəzəriyyəsi, müasir türk düşüncə tarixi və s. kimi fənlərdən mühazirələr oxuyur. Bir çox jurnal və qəzetlərin redaksiya heyətlərinin üzvüdür.
Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin
oğlu Babək Qurbanov
40 kitabın müəllifdir, 30-dan çox
elmi işə rəhbərlik edib.
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 15.