Torpaq, uğrunda ölən varsa, Vətəndir”

 

Azərbaycan İstiqlal Muzeyi Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması, onlar haqqında olan məlumatların yeniyetmə və gənclərə çatdırılması məqsədilə “Torpaq, uğrunda ölən varsa, Vətəndir” adlı layihə həyata keçirir.

Muzeydən verilən məlumata görə, layihə çərçivəsində il ərzində mütəmadi olaraq Bakı şəhərinin müxtəlif məktəblərində Milli Qəhrəmanlara həsr olunmuş silsilə tədbirlər keçiriləcək. İlin sonunda muzeydə layihəyə yekun vurulacaq.

Məlumatda o da bildirilir ki, Azərbaycanın adları tarixə həkk olunmuş 211 Milli Qəhrəmanı var. Onlardan 196 nəfər suverenliyimiz, dövlətçiliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verərək əbədiyyətə qovuşub, 15 nəfər isə hazırda müxtəlif vəzifələrdə çalışır, Vətən qarşısında öz borclarını yenə də şərəflə yerinə yetirirlər.

 

Mədəniyyət.- 2016.-20 yanvar.- S. 14.