Tarixin ibrət dərsi

Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında “Gənc nəslin vətənpərvərlik tərbiyəsində 20 Yanvar ibrətləri” adlı tədbir keçirilib.

Mədəniyyət işçiləri və məktəblilərin iştirak etdiyi tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq qeyd edib ki, 20 Yanvar xalqımızın tarixində həm faciəli, həm də şərəfli bir tarixdir. Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 1990-cı ilin 20 yanvar tarixi xalqımızın azadlığını, şərəf və ləyaqətini canlarından uca tutan övladlarımızı şəhidlik zirvəsinə ucaltdı. Onların qəhrəmanlıqları, əziz xatirəsi tarix boyu xalqın yaddaşında əbədi yaşayacaq.

Tədbirdə daha sonra rejissor Vahid MustafayevinQanlı Yanvarfilmi nümayiş etdirilib.

 

* * *

Tərtər rayon Mərkəzi kitabxanasında Qanlı Yanvarın 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Mərkəzi kitabxananın müdiri Şəlalə Əliyeva, MKS-nin direktoru Ulduzə Qurbanova, Metodika biblioqrafiya şöbəsinin müdiri Ətrabə Süleymanova, 1 saylı orta məktəbin tarix müəllimi Ofeliya Abdullayeva çıxış ediblər.

İştirakçılarQan yaddaşımızadlı sərgi məktəblilərin 20 Yanvar mövzusunda rəsmləri ilə tanış olublar. Sonda məktəblilər 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söyləyiblər.

* * *

Sumqayıt Gənclər kitabxanasındaTarixə qanla yazılan gecəadlı xatirə gecəsi təşkil edilib. Kitabxananın müdiri S.Eminova 1990-cı ilin 20 yanvarında baş verən faciəli hadisələrdən söz açıb. Vurğulanıb ki, bu tarix eyni zamanda xalqımızın milli-azadlıq ruhunun oyanış günü oldu.

18 saylı məktəbin şagirdlərinin ifasında 20 Yanvara həsr edilmiş şeirlər səslənib, ədəbi kompozisiya nümayiş etdirilib. Sonda iştirakçılar 20 Yanvar hadisələrinə həsr edilmiş sənədli filmə baxıblar.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 12.