Azərbaycanlı balerina Belarus Opera və
Balet Teatrının səhnəsində
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına
Belarus Milli Akademik Böyük Opera və Balet Teatrından növbəti dəvət
məktubu daxil olub.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, balet truppasının gənc və istedadlı solisti, Əməkdar artist Nigar İbrahimova yanvarın
22-də Belarus Milli Akademik
Böyük Opera və
Balet Teatrının səhnəsində Adolf Adanın
“Jizel” baletində Jizel partiyasını ifa etmək üçün dəvət
olunub.
Nigar İbarhimova
2004-cü ildən teatrın
balet truppasında çalışır. Truppanın aparıcı
solisti kimi bir çox tamaşalarda böyük uğurla çıxış
edir. Dəfələrlə Azərbaycanı Türkiyə, Rusiya, Fransa və başqa ölkələrdə
müvəffəqiyyətlə təmsil edib. İstedadlı aktrisanın
ən böyük uğurlarından biri də ötən ilin sentyabrında Kreml sarayında balet artistlərinin Rusiya və Avropadan olan beynəlmiləl heyətinin
tərkibində Fikrət
Əmirovun “Min bir gecə” baletində Şəhrizad rolunu ifa etməsi olub.
Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 11.