Azərbaycan musiqisi polyakların ifasında
Ölkəmizin
Polşadakı səfirliyinin təşəbbüsü ilə
Varşavada yerləşən Karol Şımanovski adına musiqi
məktəbində Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət konsert təşkil olunub.
Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, səfirlik əməkdaşları, K.Şımanovski adına musiqi məktəbinin direktoru Stanislav Halat və məktəbin müəllim-şagird heyəti, diasporun üzvləri iştirak ediblər.
Əvvəlcə Stanislav Halat çıxış edərək konsertin ərsəyə gəlməsində göstərilən dəstək və köməyə, həmçinin məktəbin kitabxanasına hədiyyə olunan Azərbaycan bəstəkarlarının əsərlərinə görə diplomatik nümayəndəliyimizə minnətdarlığını bildirib.
Saat yarım davam edən konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Sevda İbrahimova, Azər Dadaşov, Cavanşir Quliyev və Ceyhun Allahverdiyevin əsərləri musiqi məktəbinin şagirdləri tərəfindən böyük məharətlə ifa olunub.
Sonda K.Şımanovski adına musiqi
məktəbinin rəhbərliyinə və kollektivinə Azərbaycan
musiqisinin təbliğində göstərdikləri
dəstəyə görə təşəkkürünü
bildirən Həsən Həsənov gələcəkdə də
onların repertuarlarında bəstəkarlarımızın əsərlərinin
yer alacağına inamını ifadə
edib.
Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 9.