Rəsm
qalereyalarında xatirə tədbirləri
Yanvarın 18-də Qusar Dövlət Rəsm Qalereyasında Qara Yanvarın 26-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib.
Sərgidə orta məktəb şagirdlərinin 1990-cı il 20 yanvarında Sovet Ordusu hissələrinin Azərbaycanın paytaxtında dinc insanlara qarşı həyata keçirdiyi qətliamdan, bu faciənin ağrı-acısından, xalqımızın qəhrəmanlıq mübarizəsindən bəhs edən rəsmləri nümayiş olunur. 36 rəsmin yer aldığı sərgi yanvarın 25-dək davam edəcək.
* * *
Bakının Nərimanov rayonunda
yerləşən Laçın Dövlət Rəsm
Qalereyasında da 20 Yanvar
faciəsinin ildönümü ilə
bağlı tədbir keçirilib. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və
Tarix-Diyarşünaslıq Muzeyi ilə
birgə təşkil olunan tədbirdə
20 Yanvar faciəsindən, bu
hadisənin Azərbaycan tarixində yerindən söhbət
açılıb. Sonra
iştirakçılar Qanlı Yanvardan bəhs
edən film izləyiblər.
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 9.