Qəhrəmanlıq salnaməsi

 

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar “20 Yanvar - Qəhrəmanlıq salnaməsi” mövzusunda sərgi keçirilib.

Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, 1990-cı ilin 20 yanvarında sovet ordu hissələrinin Bakıda törətdiyi amansız cinayət Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edən və azadlıq, suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədi daşıyırdı.

Tədbirdə Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi üzvlərinin ifasında 20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndirilib. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 20 Yanvar faciəsini özündə əks etdirən müxtəlif kitablar və rəsmlər nümayiş etdirilib.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 8.