Bölgələrdə
musiqi və incəsənət məktəblərinə
metodiki kömək göstərilir
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz bölgələrdəki musiqi və incəsənət məktəblərinə metodiki kömək göstərmək məqsədilə təlimlər təşkil edir. Mərkəzin Bədii təhsil şöbəsinin əməkdaşları Rauf İmanov, Zəbulla Quliyev və Leyla Rzayevanın iştirakı ilə növbəti tədbirlər 13-17 yanvar tarixində Xızı, Siyəzən və Şabran rayonlarında keçirilib.
Metodiki kömək çərçivəsində həmin rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin pedaqoji kollektivinə görülən işlər barədə məlumat, habelə sənədləşmə işlərinin aparılmasına dair lazımi məsləhət və tövsiyələr verilib, yeni tədris proqramları və metodiki vəsaitlər təqdim edilib.
Treninqlərdə sözügedən
rayonların uşaq musiqi
və incəsənət məktəblərinin 40-dan çox müəllimi iştirak
edib.
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 6.