20 Yanvara həsr olunmuş şeir müsabiqəsi keçirilib

 

Bakı şəhəri Suraxanı rayonundakı Qurban Abbasov adına Mədəniyyət sarayı rayon Gənclər və İdman İdarəsi ilə birgə "20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı şeir müsabiqəsi keçirib.

Müsabiqədə Suraxanı rayon məktəbliləri və Qurban Abbasov adına Mədəniyyət sarayının "Xəzər" bədii qiraət dərnəyinin üzvləri iştirak edib. Münsiflər heyəti tərəfindən seçilən qaliblər fəxri fərman və diplomlarla təltif olunub.

Münsiflər heyətinin üzvləri, Qurban Abbasov adına Mədəniyyət sarayının bədii rəhbəri Bəhiyyə Nağıyeva, Suraxanı rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Elnarə Məmmədova və Cavid Məlikov uşaqlara yeni uğurlar arzulayıblar.

Tədbirin sonunda məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 5.