Lənkəran
teatrı Fəcr festivalında
Xəbər verdiyimiz kimi, Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrının
truppası İranda keçirilən
34-cü Fəcr Beynəlxalq Teatr
Festivalında iştirak edir.
Teatr festivala iranlı dramaturq Bəhram Beyzayinin “İlan sultan” tamaşasını
aparıb.
Təbriz şəhərində göstərilən
tamaşa böyük
coşqu ilə qarşılanıb. İzləyicilər arasında Təbriz
Şəhər Mədəniyyət
İdarəsinin rəisi,
digər dövlət
qurumlarının nümayəndələri
də olublar.
Qeyd edək
ki, kollektiv iranlı rejissor Xeyrullah Təğiyanipurun
quruluş verdiyi «İlan sultan» tamaşası
ilə Təbrizdən
sonra Məşhəd
şəhərində də
çıxış edəcək.
İki gəncin saf məhəbbətindən, keşməkeşli
hadisələrdən sonra
vüsala yetməsindən
bəhs edən səhnə əsərində
rolları Əməkdar
artist Sücəddin Mirzəyev,
aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Miraslan Ağayev və başqaları oynayırlar.
Mədəniyyət.- 2016.-20 yanvar.- S. 5.