Multikulturalizm ili” Bakı forumunun əhəmiyyətini artırır

 

BMT-də Azərbaycan və paytaxtımızda keçiriləcək Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı təqdimat

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadənin rəhbərliyi ilə nümayəndə heyəti yanvarın 12-dən 15-dək Nyu-Yorkda səfərdə olub. Səfər proqramına BMT Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüşlər, 7-ci Qlobal Forumla bağlı təqdimat və digər tədbirlər daxil idi.

Nümayəndə heyəti BMT-nin Baş qərargahında BMT Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda iclasında iştirak edib. İclasda 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı, rəsmi internet səhifəsi və təşkilati məsələlər müzakirə olunub.

İclasda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abduləziz əl-Nassir bildirib ki, dünyada ekstremizmin qarşısının alınması və müxtəlif mədəniyyətlər, dinlərin təmsilçiləri arasında dialoqsülhün möhkəmləndirilməsi üçün BMT-yə üzv olan ölkələr öz səylərini artırmalıdırlar. Ali nümayəndə bu istiqamətdə BMT Sivilizasiyalar Alyansına göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. O, 7-ci Qlobal Forumun Bakıda ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini ifadə edib.

Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə çıxış edərək tədbirə hazırlığın vəziyyəti, internet portalından istifadə qaydaları, Azərbaycanın müasir mədəniyyətlərarası proseslərdə rolu barədə iştirakçılara ətraflı məlumat təqdim edib.

Tədbirdə mədəniyyət və turizm naziri, 7-ci Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin video müraciəti və Azərbaycan haqqında təqdimat filminümayiş etdirilib. İclasda həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilinMultikulturalizm ilielan edilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib və qeyd edilib ki, bu addım 7-ci Qlobal Forumun əhəmiyyətini daha da artırır.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 4.