Vətənin dadına yetən
igid oğullar
Milli Qəhrəman Ənvər
Fərəcov haqqında
sənədli filmin təqdimatı
Yanvarın 19-da Nizami Kino Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə «Milli Qəhrəmanlar» silsiləsindən lentə
alınan “Vətənə
dönənim” adlı
sənədli filmin nümayişi keçirildi.
Azərbaycanın Milli Qəhrəmanı,
polis mayoru Ənvər
Fərəcov haqqında
ekran əsəri “Yaddaş” sənədli filmlər studiyasında ərsəyə gəlib.
Filmin rejissoru Zamin Məmmədovdur.
Milli Qəhrəmanın
ailə üzvləri
və qohumlarının,
dostlarının, hərbçilərin
və mətbuat nümayəndələrinin toplaşdığı
tədbiri giriş sözü ilə Mədəniyyət və
Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin
Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz
Sultanzadə açdı.
Bildirdi ki, indiyədək «Yaddaş»
və «Salnamə» studiyalarında Azərbaycan
torpaqlarının bütövlüyü
uğrunda canından keçmiş qəhrəman
Vətən övladları
haqqında 40-dan çox
sənədli film çəkilib. Bu filmlər təkcə kinoteatrlarda deyil, müəssisələrdə, şagird
və tələbə
auditoriyalarında da nümayiş etdirilir.
Milli Qəhrəmanların həyat
yolu hər kəsə, xüsusən
də gənc nəslə örnəkdir.
Sonra Milli Qəhrəmanın həyat
yoldaşı Emma Qəhrəmanova
söz aldı. O, təəssüflə
qeyd etdi ki, Ənvərin döyüş həyatından
bəhs edən nə bir müsahibəsi,
nə də kino lenti qalıb.
O, belə şeyləri
heç xoşlamaz, döyüşlərdə iştirakını
vətəndaş borcu
hesab edərdi. Ənvər Fərəcovun uşaqlıq
dostu Əli Şəfiyev və sinif yoldaşı Rasim Şirinov onunla bağlı xatirələrini bölüşdülər.
Rejissor Zamin Məmmədov «Vətənə
dönənim» filmi üzərində işindən
söz açdı, onun ərsəyə gəlməsində əməyi
keçən hər kəsə minnətdarlığını
bildirdi.
Sonra film nümayiş
etdirildi.
Salona toplaşanlar
öyrəndilər ki,
qəhrəman Goranboy
rayonunun Sarov kəndində doğulub, indi onun adını
daşıyan kənd
məktəbində təhsil
alıb. Gəncə Kənd Təsərrüfatı
İnstitutunu bitirsə
də, həmişə
milis orqanlarında işləmək arzusunda olub. Bu arzu
onu Xəzərin o tayına - Türkmənistana
aparıb. Ailəsi ilə
birlikdə uzun illər orada yaşayıb, bacarıqlı
milis işçisi kimi tanınıb. Lakin doğma Azərbaycanda başlayan hadisələr
onu Vətənə dönməyə vadar edir. Mayor Fərəcov
öz istəyilə Goranboy rayonunun həmsərhəd Todan milis bölməsinə rəis təyin edilir. Azğın ermənilər ilə neçə qızğın
döyüşdə öz
dəstəsi ilə iştirak edir və 1991-ci il
sentyabrın 11-də mühasirədə
qalmış döyüş
yoldaşlarına silah-sursat
apararkən düşmən
gülləsinə tuş
gələrək həlak
olur.
Azərbaycan Respublikası Prezidentinin
8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Ənvər Səyyad oğlu Fərəcova ölümündən sonra
Milli Qəhrəman adı verilib.
Sənədli filmdə Milli Qəhrəmanın anası
Lilpar xanım, həyat yoldaşı, oğlu, qardaş və bacısı, döyüş dostları
Goranboy torpağının
igid oğlu Ənvər Fərəcov
haqqında öz xatirələrini, fikirlərini
paylaşırlar.
Filmin nümayişindən
sonra onun oğlu Neymət Fərəcov filmin yaradıcı heyətinə
və salona toplaşanlara minnətdarlığını
bildirdi.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 3.