Elmi-Metodik Mərkəzdə anım tədbiri

 

Yanvarın 19-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvarı bizim qan yaddaşımızdır. Azərbaycanın müstəqilliyinin necə ağrı-acılarla qazanıldığı, insanların qanı bahasına başa gəldiyi unudulmamalı və gələcək nəsillərə aşılanmalıdır.

20 Yanvar hadisələri vaxtı yaralanmış Yamil Qarəhmədov o günləri xatırlayaraq faciədə millətimizin necə birlik, şücaət göstərdiyini qeyd edib, xalqımızın bu birliyi ilə həmişə fəxr etdiyini vurğulayıb.

Tədbirdə daha sonra mərkəzin Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov, Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev, Bədii təhsil şöbəsinin metodisti Zəbulla Quliyev çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, xalqın qan yaddaşının qorunmasında, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mədəniyyətin rolu danılmazdır.

 

Mədəniyyət.-  2016.- 20 yanvar.- S. 3.