20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş musiqi axşamı

 

Yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Şəhidlərimizin xatirəsinə ithaf olunan musiqi axşamında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və solistlərinin ifasında proqram təqdim olundu.

Proqramda Qara Qarayevin "İldırımlı yollarla" baletindən "Laylay", Yohan Sebastyan Baxın "Matveyin iztirabları" oratoriyasından ariya, Vasif Adıgözəlovun "Qərənfil", "Laylay", Françesko Veraçininin "Larqo", Asəf Zeynallının "Muğamsayağı" əsərləri səsləndirildi.

Həmçinin Arif Məlikovun "İki qəlbin dastanı" baletindən Komdenin xəyalları, Fikrət Əmirovun "Mən səni araram", Covanni Battista Perqolezinin "Stabat Mater"indən duet, Fərhad Bədəlbəylinin "Ave Maria" əsərləri ifa olundu.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 2.

 

 

 

Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayev, solistlər İlham Nəzərov, Zərifə Alxazova, Cavanşir Rüstəmbəyli, Ruslan Daşdəmirov, Fəridə Məmmədova, Atabəy İsmayılov və Ümidə Abbasova idi.

 

Fariz Hüseynov