Mədəniyyət
ocaqlarında anım tədbirləri
Yanvarın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kitabxana, klub, mədəniyyət evi və mərkəzlərdə - İstedad mərkəzi, Mərdəkan Mədəniyyət sarayı, A.M.Şərifzadə adına Mədəniyyət mərkəzi, Binəqədi Mədəniyyət evi, Səbail rayon MKS-nin 1 saylı filialında və digər təşkilatlarda 20 Yanvar faciəsinin 26-cı ildönümü silsilə tədbirlərlə qeyd olunub.
Mədəniyyət ocaqlarında
ədəbi-bədii kompozisiyalar, dəyirmi
masalar, sərgilər keçirilib.
Çıxış edənlər vurğulayıblar ki, Azərbaycan tarixinə öz
qəhrəmanlıqları ilə parlaq səhifə
yazan şəhidlərimizin müqəddəs
xatirəsi xalqımızın qəlbində daim
yaşayacaq.
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 2.