Rusiya incəsənət həftəsi”ndə ən yaxşı əsərlər

 

Müsabiqədə uğur qazanan əsərlər arasında rəssam soydaşımızın əl işləri də var

 

Azərbaycanlı rəssam Əflatun İsrafilovun işləri Moskvada Rusiyanın Mərkəzi Rəssamlar Evində keçirilən “Rusiya incəsənət həftəsi”ndə ən yaxşı əsərlər hesab olunub.

Müsabiqə proqramında 200-dən artıq şəhərdən 1000-dən çox müəllif “peşəkar”, “tələbə” və “həvəskar” kateqoriyalarında iştirak edib.

Ənənəyə çevrilmişRusiya incəsənət həftəsi” dünyanın 20-dən çox ölkəsindən və demək olar ki, Rusiyanın bütün regionlarından art-obyektləri bir araya gətirib. Ekspozisiya klassik rəngkarlıq, abstraktavanqard incəsənət, portret ustalığı, qrafika, heykəltəraşlıq, fotoqrafiya, dizayn, müəllif kuklası, bədii toxuma, habelə dekorativ-tətbiqi sənət üzrə beynəlxalq müsabiqələri əhatə edir.

Müsabiqə işlərini qiymətləndirən ekspert şurasına müxtəlif ölkələrdən tanınmış incəsənət və art-industriya nümayəndələri daxildir.

Azərbaycanı müsabiqədə Əflatun İsrafilov təmsil edib. Onun işləri münsiflər heyəti üzvlərində və sərgiyə gələnlərdə böyük maraq doğurub.

Əflatun İsrafilov Qubada doğulub. Uşaqlıqdan idmanla məşğul olub və 2010-cu ildə özününSu yolu” adlı döyüş idmanı sənətinin əsasını qoyubpatent alıb. 2010-cu ildə 40 yaşında olarkən kətan üzərində ilk əsərini çəkib. O vaxtdan həyatında yeni mərhələ başlanıb. Əflatunun rəssamlıq təhsili yoxdur, heç kəsin yanında rəngkarlıq texnikasını öyrənməyib. Müəllif əsərlərini yaradanda doğma diyarın əsrarəngiz təbiətindən ilham alır.

 

Mədəniyyət.- 2016.-  22 yanvar.- S. 16.