ADMİU-da “Qanlı Yanvar” filminin nümayişi
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
20 Yanvar faciəsinin
26-cı ildönümü bir sıra tədbirlərlə
qeyd olunub.
Universitetin “Səda” tədris teatrında ANS Şirkətlər
Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilib.
Qanlı Yanvar hadisələrini bütün dəhşətləri
ilə özündə
əks etdirən film müəllim və tələbələr tərəfindən
böyük maraqla qarşılanıb. Baxışdan sonra filmin yaradıcı heyəti tələbələri maraqlandıran
sualları cavablandırıb.
ADMİU-nun
rektoru, professor Fərəh
Əliyeva 26 il öncə Azərbaycan xalqının azadlıq, müstəqillik, toxunulmazlıq
uğrunda apardığı
mübarizə, bu mübarizinin nəticəsində
qazandığımız müstəqilliyimiz
haqqında danışaraq,
filmin əhəmiyyətini
vurğulayıb.
ANS Şirkətlər Qrupunun
vitse-prezidenti Mir Şahin
Ağayev filmin bəzi məqamlarına toxunub, qeyd edib
ki, bu, Vətənimizin
gələcəyi uğrunda
vuruşan, müstəqillik
eşqi ilə küçələrə çıxan
insanların qəhrəmanlığını
bütün dünyaya
sübut edən ekran əsəridir.
Sonda rektor Fərəh Əliyeva filmin ərsəyə gəlməsində zəhməti
olan hər bir kəsə - rejissor və bütün yaradıcı
qrupa minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 15.