Azadlıq toxumu əkdi şəhidlər...
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri mərkəzin direktoru Ramazan Şabanov açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərkəzin İnformasiya-kommunikasiya və elmi təminat şöbəsinin müdiri Rəfiqə Rafiqqızı 1990-cı ilin yanvar olaylarından danışıb, bu faciənin xalqımızın qəlbinə vurduğu ağır yaralardan bəhs edib. Vurğulanıb ki, şəhidlərimizin canı bahasına qazanılan müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq.
Digər çıxış edənlər də xalqımızın müstəqillik yolunda faciəli, eyni zamanda şanlı səhifə olan bu hadisənin tariximizdə yerindən söz açıblar.
Tədbirin sonunda
iştirakçılar Qanlı Yanvara həsr
olunmuş sərgiyə baxıblar.
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 13.