Ankarada anım mərasimi keçirilib
Ölkəmizin Ankaradakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan, iki qardaş ölkənin dövlət himnləri səsləndikdən sonra 20 Yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Daha sonra çıxış edən səfir Faiq Bağırov xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu bildirib. Diplomat bu hadisənin xalqımızın iradəsini qıra bilmədiyini və azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndiyini diqqətə çatdırıb.
Daha sonra
tədbir iştirakçıları Qanlı Yanvarı əks
etdirən fotosərgi ilə tanış olublar.
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 6.