Sofiya Universitetində 20 Yanvar
faciəsi ilə bağlı tədbir
Yanvarın 20-də Azərbaycanın Bolqarıstandakı
səfirliyinin və Sofiya Universiteti nəzdində fəaliyyət
göstərən Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzinin
təşkilatçılığı ilə bu təhsil
ocağında 20 Yanvar
faciəsi ilə bağlı tədbir keçirilib.
Müvəqqəti işlər vəkili Mahir Cəfərov çıxışında diqqətə
çatdırıb ki,
20 Yanvar xalqımızın
yaddaşına qanlı
faciə kimi daxil olsa da,
bütövlükdə milli
tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən
biridir.
III Bakı Beynəlxalq
Humanitar Forumunun iştirakçısı, Bolqarıstanın
Bəstəkarlar İttifaqının
üzvü, məşhur
dirijor Kiril Lambov, ölkəmizdə
1950-1970-ci illərdə təhsil
almış professorlar
G.Georgiyev və Ç.Hakov çıxış
ediblər.
K.Lambov Bakıda
olarkən Şəhidlər
xiyabanını ziyarət
etdiyini söyləyib,
bu əzəmətli kompleksin onda yaratdığı təəssüratdan
uzun müddət ayrıla bilmədiyini qeyd edib. Baş vermiş faciənin miqyasını və amansızlığını əyani
şəkildə hiss etdiyini
deyən K.Lambov bu faciənin dünya ictimaiyyəti tərəfindən yetərincə
qiymətləndirilmədiyini vurğulayıb.
Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 6.