İsraildə Qara Yanvar şəhidlərinin
xatirəsi anılıb
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzində tariximizin ən faciəli səhifələrindən birinə həsr olunmuş görüş keçirilib. Azərbaycan tarixinə “Qara Yanvar” kimi həkk olunan dəhşətli qırğında həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, o cümlədən yəhudilər də vardı.
Həmin gecə hələ yenicə yaşamağa başlayan, həyatın zövq-səfasını dadmağa macal tapmamış gənclər vəhşicəsinə qətlə yetirildi. Evinin içində snayper gülləsinə tuş gələn gənc Vera Besantinanın xatirəsi daim qəlbimizdə yaşayacaq. Təcili yardım xidmətinin gənc həkimi Aleksandr Marxevka aldığı güllə yarasından can verən özü kimi bir gəncin həyatını xilas edərkən öldürülmüşdü. Yan Meyeroviç dostunun xahişi ilə onun qoca anasını aeroporta apararkən tank hücumunun qurbanı oldu.
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Yeganə Salman, “Azİz” Beynəlxalq
Assosiasiyasının Direktorlar
Şurasının üzvü Rauf Ağalarov, hadisə
yerindən çəkilən fotoşəkillərin müəllifi,
bakılı Boris Dobin,
şair Lev Abramov, Afula sakinləri Tofiq Əlibəyov və Pyotr
Rişal, Kiryat-Yama
Şəhər Şurasının üzvü
Marqarita Kozakova, Afula Bələdiyyəsi Absorbsiya
İdarəsinin rəisi Svetlana Çerkasova, “Azİz”
Assosiasiyasının baş direktoru Lev Spivak
1990-cı ilin qanlı-qadalı günləri
barədə xatirələrini bölüşüblər.
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 6.