İsraildə Qara Yanvar şəhidlərinin xatirəsi anılıb

 

Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzində tariximizin ən faciəli səhifələrindən birinə həsr olunmuş görüş keçirilib. Azərbaycan tarixinə “Qara Yanvarkimi həkk olunan dəhşətli qırğında həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, o cümlədən yəhudilər də vardı.

Həmin gecə hələ yenicə yaşamağa başlayan, həyatın zövq-səfasını dadmağa macal tapmamış gənclər vəhşicəsinə qətlə yetirildi. Evinin içində snayper gülləsinə tuş gələn gənc Vera Besantinanın xatirəsi daim qəlbimizdə yaşayacaq. Təcili yardım xidmətinin gənc həkimi Aleksandr Marxevka aldığı güllə yarasından can verən özü kimi bir gəncin həyatını xilas edərkən öldürülmüşdü. Yan Meyeroviç dostunun xahişi ilə onun qoca anasını aeroporta apararkən tank hücumunun qurbanı oldu.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, “Azİz” Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının üzvü Rauf Ağalarov, hadisə yerindən çəkilən fotoşəkillərin müəllifi, bakılı Boris Dobin, şair Lev Abramov, Afula sakinləri Tofiq Əlibəyov və Pyotr Rişal, Kiryat-Yama Şəhər Şurasının üzvü Marqarita Kozakova, Afula Bələdiyyəsi Absorbsiya İdarəsinin rəisi Svetlana Çerkasova, “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak 1990-cı ilin qanlı-qadalı günləri barədə xatirələrini bölüşüblər.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 6.