“Vətən şəhidlərini heç vaxt unutmayacaq

 

20 Yanvar şəhidlərinin xatirəsi bölgələrdə müxtəlif tədbirlərlə anılıb

 

Gəncə şəhər Mərkəzi kitabxanasının oxu zalında “Qanlı gecə, qanlı tarix” adlı anım tədbiri təşkil olunub. Kitabxanaçı Günel Əliyeva, Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Sahib İbrahimli, MKS-nin direktor müavini Fəridə Qədimova Qərib Mehdi və digər çıxış edənlər 20 Yanvar faciəsinin mahiyyətindən, xalqımızın müstəqilik mücadiləsinsdə yerindən söz açıblar. Şəhər 5 və 25 saylı orta məktəblərin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış edib, şeirlər söyləyiblər.

Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialı da 4 saylı məktəblə birlikdə “Azadlıq fədailəri” mövzusunda ədəbi-bədii kompozisiya təşkil edib. Məruzədən sonra 4 saylı orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim edib, 20 Yanvar haqqında səhnəciklər, şəhidlər haqqında şeirlər söyləyiblər.

* * *

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin ildönümü münasibətilə elmi-praktik seminar keçirilib. Mərkəzin direktoru Aygün Zülfüqarlı, Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Sabir Sarvan, Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, 25 saylı orta məktəbin tarix müəllimi Nuridə Əhmədova, Gənclər və İdman Baş İdarəsinin məsul işçisi Ceyhun Hüseynov çıxış ediblər. Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, sənədli film təqdim olunub.

Şəhərdəki N.Nərimanov adına Mədəniyyət evində keçirilən tədbirdə 20 Yanvar faciəsi və onu doğuran səbəblərdən danışılıb. S.Vurğun adına Mərkəzi kitabxananın təşkil etdiyi kitab sərgisinə baxış olub. Tədbir “Dolufilminin nümayişi ilə başa çatıb.

Dostluq” Mədəniyyət evində keçirilən tədbirdə faciəni əks etdirən videoçarx, bədii qiraət və dram dərnəyi üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, şeirlər dinlənilib, əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

28 May Diyarşünaslıq evində təşkil olunan anım mərasimində bədii qiraət dərnəyi üzvlərinin ifasında şeirlər səslənib, faciəni əks etdirən fotostend, rəsm əsərləri və kitablar sərgilənib.

Corat qəsəbə Mədəniyyət evi isə 7 saylı orta məktəbdə tədbir keçirib. Şagirdlərin ifasında şeirlər dinlənilib, ədəbi-bədii kompoziya nümayiş etdirilib.

* * *

Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrdə 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə qarşısında “Ölümləri ilə azadlığa yol açanlar” adlı kompozisiya təqdim edilib. Rəsm Qalereyası tərəfindən təqdim olunan ”Azadlıq toxumu səpdi şəhidlər” başlıqlı fotosərgi maraqla qarşılanıb. Rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən dərnək üzvlərinin “Vətən şəhidləri ilə ucalır” adlı rəsm sərgisi nümayiş olunub.

* * *

Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanasında keçirilən tədbirdə MKS-nin direktoru E.Urufov, Oxuculara xidmət şöbəsinin kitabxanaçısı M.Cəbiyeva çıxış ediblər. Qeyd edilib ki, zaman bizi Qanlı Yanvar faciəsindən nə qədər uzaqlaşdırsa da, onun xalqımızın tarixində müstəqillik yolunda necə mühüm əhəmiyyətli yer tutduğunu bir daha aydın görürük. Sonra Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş film nümayiş olunub, fotokitablardan ibarət sərgiyə baxış olub.

* * *

Qusar rayon Mərkəzi kitabxanasında Qanlı Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbirdə çıxış edən MKS-nin direktor müavini Lyudmila Məmmədova, Uşaq şöbəsinin müdiri Südabə Novruzova çıxışlarında vurğulayıblar ki, bu hadisə eyni zamanda Azərbaycan tarixinin şanlı bir səhifəsidir.

Məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Qanlı Yanvar hadisələrini əks etdirən kitab, şəkillər və digər çap materiallarından ibarət sərgi nümayiş etdirilib.

* * *

Oğuz rayon Mərkəzi kitabxanasında “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” mövzusunda ədəbi-bədii kompozisiya təşkil olunub. Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova, Oxuculara xidmət şöbəsinin müdiri N.Manafova 20 Yanvarın tarixindən söz açıblar. 1 və 2 saylı məktəbin IV və V sinif şagirdləri “Şəhidlərin qürur yerindir, Azərbaycan!” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonda Qanlı Yanvara həsr edilən videoçarx nümayiş olunub.

* * *

Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Vətən şəhidlərini heç vaxt unutmayacaq” adlı ədəbi-bədii kompozisiya keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov Qanlı Yanvarın təkcə böyük faciə deyil, eyni zamanda xalqımızın şərəf günü olduğunu bildirib. Oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudovun da çıxışları olub. Şagirdlər şəhidlərə həsr olunuş şeirlər səsləndiriblər, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

* * *

S.Vurğun adına Qax rayon Mədəniyyət mərkəzində Tarix-diyarşünaslıq muzeyi ilə birgə keçirilən “Xalqımızın milli azadlıq simvolu” adlı ədəbi-bədii gecənin iştirakçıları fotosərgiyə baxıblar. Mərkəzin direktoru K.Məcidova 20 Yanvar faciəsi haqqında məlumat verib. Qax şəhər 4 nömrəli məktəbin müəllimi M.Əsgərov, İsmayıl Dağıstanlının xatirə muzeyinin direktoru A.Zehirovrayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri N.Omarovun çıxışları dinlənilib. Mədəniyyət mərkəzinin özfəaliyyət kollektivlərinin üzvləri kompozisiya təqdim ediblər.

* * *

Lerik Dövlət Rəsm Qalereyasında Qanlı Yanvarın ildönümünə həsr edilmişQan yaddaşımız” adlı sərgi təşkil olunub. Sərgidə yerli rəssamların və məktəblilərin çəkdiyi rəsm əsərləri və fotostend nümayiş etdirilib. Qalereyanın direktoru Mükafat Yaqubov nümayiş olunan əsərlər barədə məlumat verib. Üç gün davam edən sərgiyə rayon İcra Hakimiyyətinin başçısı R.Bağırov, eləcə də idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və məktəblilər baxıblar.

* * *

Qazax rayon Mədəniyyət mərkəzində 1 saylı Uşaq musiqi məktəbi 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirib. Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçiləri Nailə Əliyeva, Pəri Məmmədova, musiqi məktəbinin direktoru Gülnarə Əliyeva, tədris hissə müdiri Tünzalə Adıgözəlova qeyd ediblər ki, Vətən uğrunda canlarından keçən vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazıblar. Sonda şagirdlərin ifasında “Ağla, qərənfil, ağla!” adlı ədəbi-bədii kompozisiya göstərilib.

* * *

Ağstafa rayon Mərkəzi kitabxanasında “Hüznqürur günümüz” başlığı altında anım gecəsi keçirilib. Tədbirin aparıcıları 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik mücadiləsi tarixində yerindən söz açaraq imperiyanın qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıblar. Sonda şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.

* * *

20 Yanvarın ildönümü ilə bağlı İsmayıllı rayon Mədəniyyət mərkəzində buradakı rəsm dərnəyinin şagirdlərinin çəkdikləri rəsmlər və şahidlərin xatirəsinə həsr olunmuş fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib. Mədəniyyət mərkəzinin Xalq teatrının iştirakı ilə "20 Yanvar - silinməyən qan yaddaşımız" adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 5.