“20 Yanvarı unutmadıq”

 

Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “20 Yanvarı unutmadıq” adlı dəyirmi masa təşkil edilib.

Tədbirə dəvət olunan 20 Yanvar şəhidi Azər Nəsib oğlu Ələkbərovun bacısı Səda Ələkbərova o müdhiş gecə və şəhid qardaşı ilə bağlı xatirələrini danışıb.

Mərkəzin elmi işlər üzrə direktor müavini Nairə Sadıxova 1990-cı ilin yanvar olayları ilə bağlı mühazirə-təqdimatla çıxış edib.

Qeyd edilib ki, bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biridinc əhaliyə qarşı yönəlmiş cinayət kimi xalqımızın yaddaşından heç zaman silinməyəcək.

Tədbir iştirakçıları “Qanlı Yanvar” filminə baxıblar.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 4.