Xalq şairi Zəlimxan
Yaqubun xatirəsi doğma
kəndində anılıb
Yanvarın 21-də
Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində
müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Azərbaycan
Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun anma mərasimi keçirilib.
Tədbirdə Gürcüstanın dövlət, hökumət rəsmiləri, parlamentin deputatları, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirliklərinin, SOCAR-ın əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev şairin ömür yolu və yaradıcılığından söz açıb.
Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, ictimaiyyət nümayəndəsi Hidayət Hüseynov söz ustadı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Z.Yaqubun Azərbaycan ilə Gürcüstan arasında dostluq tellərinin möhkəmlənməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olub. İki dost və qardaş ölkə arasında mədəni əlaqələrin, mədəniyyətlərin inkişafındakı xidmətlərinə görə Azərbaycanın və Gürcüstanın yüksək dövlət mükafatlarına layiq görülüb.
Çıxışlar zamanı Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına Poeziya Evinin tikilməsi, xatirə muzeyinin yaradılması, Xalq şairinin əsərlərinin gürcü dilinə tərcümə olunaraq Gürcüstanın ali və orta məktəblərində paylanılması barədə təkliflər irəli sürülüb.
Xalq şairinin
ailəsi adından çıxış edən
qardaşı Çingizxan Yaqubov göstərilən diqqət və
qayğıya görə Azərbaycan və Gürcüstan
prezidentlərinə minnətdarlıq edib.
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 2.