“Mədəniyyət”in aynası, paytaxtımızın “Bələdçi”si...

 

Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Mədəniyyət” qəzeti öncəki illərdə olduğu kimi, ötən 10 ildə də ölkəmizin mədəni həyatının, incəsənət aləminin, eləcə də turizm sektorunda gedən inkişafın mətbu aynası olmağa çalışıb. Bu sahələrdə həyata keçirilən dövlət siyasəti, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, mədəniyyət və incəsənətin bütün spektrlərinin inkişafı, müasir infrastrukturun yaradılması, tarixi-mədəni irsin qorunması və təbliği, əldə olunan nailiyyətlərlə bərabər, problemlər də qəzetin səhifələrində dolğun şəkildə əksini tapır. 10 ildə qəzetin 1000-ə yaxın sayı işıq üzü görüb.

Qəzetimiz bütövlükdə ölkəmizin mədəni həyatının, turizminin əhatəli mənzərəsini yaratmaq üçün bölgələrdən gələn materiallara da müntəzəm olaraq səhifələrində yer ayırır. Bu da redaksiyaya çoxsaylı məktubların gəlməsinə zəmin olur.

2014-cü ilin aprel ayından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə «Mədəniyyət» qəzetinin əlavəsi olaraq nəşr edilən «Baku Guide» bələdçi kataloqu ölkəmizdə mədəniyyət və turizm sahələrində həyata keçirilən siyasətin təbliğinə, Azərbaycanın dünyada tanınmasına xidmət edən önəmli layihədir.

Azərbaycan, rusingilis dillərində ayda bir dəfə çap olunan kataloqda paytaxtımızın mədəni həyatında baş verən yeniliklər, teatrkonsert müəssisələrinin repertuarı, beynəlxalq konfransfestivallar, forumlar haqqında məlumat verilir, Bakıya gələn əcnəbilər üçün faydalı olacaq informasiyalar əksini tapır. Ötən müddətdə 20 sayı çapdan çıxan «Baku Guide» bələdçi kataloqu şəhərimizin qonaqları ilə yanaşı, paytaxt sakinləri üçün də dəyərli məlumat mənbəyinə çevrilib.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 24.