Görkəmli ziyalının ömür yolundan bəhs edən kitabın təqdimatı

 

Yanvarın 22-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan TurizmMenecment Universitetinin professoru, tarix elmləri doktoru Minaxanım Əsədovanın “Yusif Ziya Talıbzadənin ictimai baxışları və fəaliyyəti” kitabının təqdimatı keçirildi.

 

Tədbiri giriş sözü ilə muzeyin direktoru Ülkər Talıbzadə açaraq nəşr haqqında məlumat verdi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin Tədris-Metodik Şurasının tövsiyəsi ilə çap olunan kitabda Tiflis mədəni mühitio dövrün görkəmli şəxsiyyətlərinin Yusif Ziya Talıbzadənin (1877-1923) dünyagörüşünün formalaşmasına təsiri və s. məsələlər tədqiq edilib.

TurizmMenecment Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı çıxış edərək görkəmli pedaqoqictimai xadim, Abdulla Şaiqin böyük qardaşı Y.Z.Talıbzadənin böyüyüb, boya-başa çatdığı Tiflis mühitindən danışdı. Qeyd etdi ki, o, yaşıdlarından fərqli bir mühitdə böyüyüb. Atasının dostları Mirzə Fətəli Axundzadə, Şeyx Əhməd Səlyani kimi böyük simalar onların evlərində olublar. Həm də o dövrdə Tiflis şəhəri bir çox cəhətdən Azərbaycan ziyalılarının cəmləşdiyi bir mərkəz idi. Bu mədəni mühit onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.

Kitabın müəllifi Minaxanım Əsədova çıxış edərək tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Sonra Y.Z.Talıbzadəyə həsr edilən video-slayd göstərildi. Akademik Kamal Talıbzadənin həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olundu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 23.