Məktəblərə metodiki tövsiyələr verilib

 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları uşaq musiqi və incəsənət məktəblərinə metodiki kömək göstərmək məqsədilə Quba, Qusar, Xaçmaz rayonlarında olublar.

Qurumun əməkdaşları musiqi və incəsənət məktəblərində tədrisin təşkili, ixtisas və nəzəri fənlərin aparılması metodikası, şagirdlərin bilik səviyyələri ilə tanış olub və zəruri metodiki tövsiyələrini veriblər.

Məktəb direktorları və müəllimlərlə söhbətlər aparılaraq hansı dərsliklər və vəsaitlərə ehtiyac olduğu öyrənilib. Qeyd olunub ki, Elmi-Metodik Mərkəz il ərzində məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni metodoloji üsullarla online ustad dərslərinin keçirilməsini planlaşdırır. Bununla yanaşı, yeni tədris proqramlarının, metodiki vəsaitlərin hazırlanması, həmçinin nəzərdə tutulan respublika müsabiqə və festivalları haqqında məlumatlar verilib.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 20.